Azərbaycan, Türkiyə və Gürcüstan Türkiyədə hərbi qulluqçuların iştirakı ilə strateji regional iqtisadi layihələrin mühafizəsi üzrə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təliminə başlayıb. Bu barədə şənbə günü Müdafiə Nazirliyindən məlumat verilir.
Nazirlikdən qeyd olunub ki, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə “strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək”.
Təlim oktyabrın 28-dək davam edəcək. **
R.Kərimov