Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı cari ilin əvvəli ilə müqayisədə 5,2% artaraq 700 minə çatıb. Bu barədə şənbə günü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
“2022-ci il oktyabrın 1-nə olan vəziyyətə görə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,2 % artaraq 699 min 553 vahid olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, ilin əvvəli ilə müqayisədə aktiv ƏDV ödəyicilərinin sayı artaraq (9,8%) - 38 min 81 vahidə çatıb. Həmçinin, fəaliyyət göstərən təsərrüfat subyektlərinin 2,9% artaraq 188 min 690 vahidə çatıb. **
R.Kərimov