Azərbaycanda koronavirus infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 822 min 954-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 56 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 17,8% azalıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (dünən 2 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 937 nəfərə çatıb.
Virusa yoluxmuş 812 min 662 nəfər (sutka ərzində +61) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 355 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 886 (ötən gün 2 min 540 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 305 min 712 test aparılıb.**
R.Kərimov