Tərtər Rayon Prokurorluğu bazar günü bir nəfər şəxsin minaya düşməsi ilə bağlı məlumat verib.
“İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri aldığı müəyyən edilib”, - prokurorluqdan bildiriblər.
Qeyd olunub ki, xəsarət alan şəxsin hər iki ayağı amputasiya olunub.
Əlavə ediblər ki, hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Xəbər verildiyi kimi, son 30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış mina partlaması zamanı xəsarət alan və həlak olan şəxslərin sayı 3 min 300 nəfərdən çoxdur. Onlardan 250 nəfərdən çoxu 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra minaya düşüb. **
R.Kərimov