Oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə “Vedomosti” nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar oktyabrın sonunda keçirilə bilər, görüşün məkanı kimi Moskva və Soçi şəhərləri nəzərdən keçirilir. “Çox güman ki, danışıqlar Soçidə aparılacaq”, - deyə o vurğulayıb.
Başqa bir mənbənin məlumatına görə, artıq görüşlə bağlı işlərə başlanılıb.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə Putinin oktyabrın 14-də Astanada keçirilən və Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin müzakirə olunduğu MDB sammitində çıxışından sonra başlanılıb.*
A.Əzizov