SOCAR 2022-ci ilin yanvar-sentyabr aylarında 5 milyon 824,441 min ton neft hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 5 milyon 900,466 min ton neft hasil edilib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə neft hasilatı 1,3% azalıb.
Cari ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən qaz hasilatı 5 milyard 901 milyon 543,516 min kubmetr (artım 0,5%) təşkil edib.
2022-ci ilin III rübündə şirkət tərəfindən 1 milyon 959,602 min ton neft və 2 milyard 27,948 milyon kubmetr qaz hasil edilib. 2021-ci ilin III rübünün göstəriciləri ilə müqayisədə neft hasilatı 1,4% azalıb, qaz hasilatı 1,3% artıb.
SOCAR 2021-ci ildə 7 milyon 892,079 min ton neft (artım 6,5%) və 7 milyard 857,594 milyon kubmetr qaz (artım 7%) hasil edib.*
N.Abbasova