“Naxçıvanbank” 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 0,2% - 343,202 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabr ayının sonuna bankın kredit portfeli 171,971 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 22,1%) təşkil edib.
Bankın öhdəlikləri 234,724 milyon manata (azalma 4,5%), depozitlər 161,232 milyon manata (azalma 10,6%), əhalinin əmanətləri 15,959 milyon manata (azalma 30,7%) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 108 milyon 477,89 min manat (artım 10,8%), nizamnamə kapitalı 94 milyon manat (artım 4,7%) təşkil edir.
Cari ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 12 milyon 441,37 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1 dəfə çoxdur.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.*
X.Nəsirzadə