2022-ci ilin yanvar-sentyabr aylarında SOCAR 13 milyon 802,638 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən 13 milyon 121,513 min ton neft ixrac olunub. Beləliklə, 2022-ci ilin 9 ayı ərzində şirkət neft ixracını 5,2% artırıb.
Hesabat dövründə Heydər Əliyev adına BNEZ-də 4 milyon 489,68 min ton neft (azalma 11,9%) emal olunub.
Bundan başqa, 9 ay ərzində SOCAR 1 milyon 554,815 min ton neft emalı və neft-kimya məhsulları (azalma 37,8% - İF) ixrac edib.
2021-ci ildə SOCAR 18 milyon 53,563 min ton neft (artım 1%) və 3 milyon 23,373 min ton neft emalı və neft-kimya məhsulları (artım 25,5%) ixrac edib.
SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir.*
N.Abbasova