2022-ci ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya” aktivlərini 22,7% - 205 milyon 500,82 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2022-ci il tarixinə bankın kredit portfeli 124,892 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,3% - İF) təşkil edib. İstehlak kreditləri 6,996 milyon manat (artım 1,8 dəfə), biznes kreditləri 72,29 milyon manat (artım 1,2%), daşınmaz əmlak kreditləri 45,606 milyon manat (artım 17,4%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 132,589 milyon manat (artım 38,5%) təşkil edir.
Banka qoyulan depozitlər 64,432 milyon manata (artım 28,7%), əhalinin əmanətləri 59,07 milyon manata (artım 35,3%) bərabərdir.
Sentyabrın sonuna “Bank Avrasiya”nın kapitalı 72 milyon 911,87 min manat (artım 1,6%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2022-ci ilin 9 ayı ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 1 milyon 90,67 min manat (ötən ilin müvafiq dövründə 2,798 milyon manat məbləğində zərərə qarşı) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.*
X.Nəsirzadə