Quba Rayon İcra Hakimiyyəti rayon ərazisində abadlıq işlərinin həyata keçirilməsinə və yolların əsaslı təmirinə təxminən 2,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender,gov.az saytına istinadən xəbər verir ki, bu məqsədlə “TALEH-A.T” müəssisəsi ilə iki müqavilə bağlanıb.
Birinci müqavilə Quba rayonu ərazisində abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 1 milyon 347,801 min manatdır.
İkinci müqavilədə yolların əsaslı təmiri nəzərdə tutulur. Müqavilənin dəyəri 1 milyon 120,811 min manatdır.*
B.Rüstəmbəyov