Azərbaycan Prezidenti İlham Əliyev noyabrda Albaniyaya səfər edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Albaniya mətbuatına istinadən xəbər verir ki, Əliyevin Tiranaya səfəri zamanı ölkə rəhbərliyi ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, iqtisadi qarşılıqlı fəaliyyət, iki ölkənin paytaxtları arasında birbaşa hava əlaqəsinin açılması, regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Yanacaq-energetika kompleksi sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Albaniyaya ixracı məsələsi yüksək səviyyədə danışıqların əsas istiqamətlərindən biri olacaq.*
R.Əhmədov