Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ müharibəsindən sonra yeni reallıq yaranıb və Ermənistanla sülh müqaviləsinin imzalanması zəruridir.
“Biz artıq Ermənistan tərəfini münaqişənin nizamlanmasının 5 əsas prinsipi ilə tanış etmişik və ümid edirik ki, Ermənistan danışıqlara başlayacaq və sülh müqaviləsini imzalayacaq”, - deyə dövlət başçısı oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində keçirilən brifinqdə bildirib.
O hesab edir ki, əgər belə olarsa, bölgəyə sülh gələcək və əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Daha əvvəl Qaribaşvili Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirmişdi.*