Azərbaycan 2022-2023-cü illərdə Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin inkişafna əlavə sərmayələr yatırmağı planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev məlumat verib.
“Bu il Azərbaycanla Gürcüstan aarasında irihəcmli yüklərin daşınma həcmi 75% artıb. (...) Bakı-Tbilisi-Qars dəmir yolunun yük ötürmə qabiliyyətini illik 5 milyon tona qədər artırmaq istəyirik. Bu məqsədlə cari və gələn il Azərbaycan tərəfindən əlavə sərmayələr yatırılacaq. Bütün vəsait artıq hazırdır və biz bu prosesə artıq start vermişik, çünki dünyada Xəzər dənizi, Gürcüstan və Azərbaycandan, həmçinin qonşu dövlətlərin ərazisindən keçən nəqliyyat xəttlərinə böyük tələbat var”, - Əliyev bazar günü Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
Əliyev əlavə edib ki, həm geosiyasi nöqteyi-nəzərindən, həm də bütövlükdə yeni nəqliyyat xəttləri ərazisindən keçn bütün ölkələrin maraqlarına cavab verir.
“Bununla əlaqədar, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin illik 5 milyon tonadək, həmçinin Mərkəzi Asiyadan və ümumilikdə, Asiyadan qərb istiqamətində və geriyə Gürcüstan limanlarından istifadə olunmaqla yük daşımalarının artırılması yeni reallığı diktə edir və biz buna hazır olmalıyıq”, - Əliyev deyib.
O, həmçinin məlumat verib ki, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) illik ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmağı planlaşdırır.
“Artıq bütün göstərişlər verilib, vəsait ayrılacaq. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır, çünki bizim layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin olması vacibdir. Bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır”, - Əliyev bildirib.
Prezident Əliyev həmçinin vurğulayıb ki, 2022-ci ilin 9 ayı ərzundə Azərbaycanla Gürcüstan arasnda qarşılıqlı ticarətin həcmi $1 milyarda yaxınlaşıb. “Ticarət dövriyyəsinin artması bizi sevindirməyə bilməz... Gürcüstan iqtisadiyyatına Azərbaycanın sərmayələri $3 milyardı ötüb, və bu sərmayələr qarşılıqlı səmərəlidir, çünki hər iki tərəfin maraqlarına cavab verir”, - o deyib. **
N.Abbasova