Rusiyanın “Segezha Group” şirkəti Azərbaycanda CLT panellərdən (çapraz- yapışqan ağacdan yeni tikinti materialı) çoxmərtəbəli evlər təqdim edib.
“İnterfaks-Azərbaycan” RTusiya mətbuatına istinadən məlumat verir ki, “Segezha Group”un vitse-prezidenti Marqarita Linin sözlərinə görə, bu, Azərbaycan bazarı üçün qeyri-ənənəvi məhsuldur, çünki burada evlər adətən daş və betondan tikilir.
“Eyni zamanda, taxta evlərin tikintisinə qarşı çoxsaylı miflər var. İlk növbədə, onların yanması ilə əlaqədar”, - Li deyib.
O qeyd edib ki, panellərdə hər hansı boşluğun olmaması yanğının yayılmasına imkan vermir, yəni od panelə dirənərək sönür.
Həmçinin, Li bildirib ki. CLT mənzil infrastrukturunun sürətli bərpası üçün ideal variantdır. Onun sözlərinə görə, 3 min kvadrat metr səhəsində 4 mərtəbəli ev 2 ay müddətinə yığılıb, bu da heç bir digər material üçün əldəolunan nəticə deyil.
Linin sözlərinə görə, Azərbaycan prioritet bazarlardan biri olaraq nəzərdən keçirilir. **
B.Rüstəmbəyov