2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, 2022-ci ilin 9 ayı ərzində Azərbaycana turist axını pandemiyadan əvvəlki dövrlə - 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2 dəfə az olub.
Gələnlərin 26,6%-i Rusiya Federasiyası, 19,6%-i Türkiyə, 11%-i İran, 7,4%-i Səudiyyə Ərəbistanı, 4,8%-i Gürcüstan, 3,2%-i Pakistan, 3,1%-i Hindistan, 2,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Ukrayna, 1,8%-i Qazaxıstan, 1,6%-i Küveyt, 1,7% - İsrail, 1,4% - Oman, 1,1% - Böyük Britaniya, 1,5% - Özbəkistan, 11%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 74,4%-ni kişilər, 25,6%-ni qadınlar təşkil edib.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55.8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.
2022-ci ilin yanvar-sentyabr aylarında xaricə gedən Azərbaycan Respublikası vətəndaşlarının 1,1 dəfə artaraq 1 milyon 110,8 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,2 dəfə artıb.
Ölkə vətəndaşlarının 47,3%-i Türkiyəyə, 17,7%-i Rusiya Federasiyasına, 11,1%-i İrana, 8,5%-i Gürcüstana, 15,4%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni qadınlar təşkil edib. **
B.Rüstəmbəyov