“AFB Bank” 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 7,4% - 292,501 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 169,463 milyon manata (2021-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 18,7% - İF), xüsusilə istehlak kreditləri 22,94 milyon manata (artım 39,9%), biznes kreditləri 97,993 milyon manata (artım 17,5%), əmlak kreditləri 48,53 milyon manata (artım 12,8%) bərabərdir.
Bankın öhdəlikləri 208,593 milyon manat (artım 9,2%) təşkil edir. Bankda depozitlər 118,680 milyon manat (artım 1,2%), fiziki şəxslərin əmanətləri 29,146 milyon manat (artım 10,7%) məbləğindədir.
“AFB Bank”ın kapitalı 83 milyon 908,53 min manat (artım 3,4%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 11 milyon 452,08 min manat (artım 32%) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə