Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi vahid Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi və yeni qoşulmalar üçün kabel şəbəkə avadanlıqlarının proqram təminatının, həmçinin İP telefoniya avadanlıqlarının satınalınmasına 8,4 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az saytına istinadən məlumat verir ki, İdarə “Texno Lyuks M” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 8 milyon 366 min 750.32 manatdır. **
N.Abbasova