“Premium Bank” ASC 2022-ci ilin yanvar-sentybr aylarında aktivlərini 5,5% - 802,134 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2022-ci il tarixinə bankın kredit portfeli 477,993 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5,9% - İF) təşkil edib, o cümlədən biznes-kredit portfeli 7,1% - 443,098 milyon manata qədər azalıb.
Sentyabrın sonuna “Premium Bank”ın öhdəlikləri 619,417 milyon manata (artım 7,8%) bərabərdir.
Bankda depozitlər 575,773 milyon manat (artım 11,1%), o cümlədən əhalinin əmanətləri 331,481 milyon manat (artım 1,3%) təşkil edib.
Bankın kapitalı 182,718 milyon manata (azalma 1,7%) nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 12 min manat (2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə azalma 42,7%) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.**
X.Nəsirzadə