Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması ilə bağlı İrəvanın iddialarını qəti surətdə rədd edib.
“Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirliyin məlumatında bildirilir.*
B.Rüstəmbəyov