Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü hazırlanır, sammitin keçiriləcəyi yer və tarix barədə daha sonra məlumat veriləcək. Bu barədə “İnterfaks”a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Vladimir Putin oktyabrın ortalarında Astanada keçirilən MDB sammitində RF-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiya lideri Əliyevi və Paşinyanı üçtərəfli görüşə dəvət edib. Onun sözlərinə görə, görüşdə üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır.*