“Yapı Kredi Bank Azerbaijan” QSC 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 3,9% - 379,565 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2022-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 218,948 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 25,2%), o cümlədən istehlak kreditləri 42,911 milyon manata (artım 6,9%), biznes kreditləri 155,467 milyon manata (artım 32,6%) bərabərdir.
Bankın öhdəlikləri 296,774 milyon manat (azalma 5,1%), depozitlər 266,849 milyon manat (azalma 6,4%), əhalinin əmanətləri 75,069 milyon manat (artım 9,6%), hüquqi şəxslərin əmanətləri 191,78 milyon manat (azalma 11,5%) təşkil edir.
“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 82 milyon 790,71 min manat (artım 0,9%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Bank 2022-ci ilin 9 ayını 391,51 min manat məbləğində xalis mənfəətlə (2021-ci ilin yanvar-sentyabr aylarında 746,29 min manat zərərə qarşı) başa vurub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.**
X.Nəsirzadə