Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda Bakı və Tbilisi arasında strateji tərəfdaşlığın müzakirə olunduğunu bildirib.
Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstanda işgüzar səfərdə olub.
“Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını, perspektivləri və nəhəng potensialı müzakirə etdik. Regionda dostluq, dinc əməkdaşlıq və firavanlıq bizim ümumi məqsədimizdir”, - deyə Qaribaşvili “Twitter” hesabındakı paylaşımında qeyd edib.*
R.Kərimov