Rusiyanın Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının (AKORT - “X5 Retail Group”, “Maqnit”, “Lenta” və s. mağazaları birləşdirir) keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan RF-nin ticarət şəbəkələrinə gündəlik tələbat mallarının (FMCG) tədarükçülərinin ilk beşliyinə daxil olub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu il əsas tədarükçü ölkələrin beşliyində Çin, Özbəkistan, Türkiyə, Azərbaycan və Cənubi Koreya yer alır.
Azərbaycan RF-yə meyvə və tərəvəz ixrac edir.*
R.Əhmədov