“TuranBank” 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 20% - 857,904 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il sentyabrın 30-na bankın kredit portfeli 528,811 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 21,2% - İF) bərabər olub. Həmçinin, biznes kreditlər üzrə portfel 307,006 milyon manat (artım 15,9%), istehlak kreditləri üzrə - 132,114 milyon manat (artım 42,8%), daşınmaz əmlakla əməliyyatlar üzrə - 89,691 milyon manat (artım 13,4%) həcmində qiymətləndirilir.
“TuranBank”ın öhdəlikləri 767,754 milyon manat (artım 22,3%) təşkil edib.
Bankın depozit portfeli 492,369 milyon manat (artım 17,9%), həmçinin fiziki şəxslərin əmanətləri – 316,573 milyon manat (artım 22,9%) təşkil edib.
Sentyabrın sonuna “TuranBank”ın kapitalı 90,15 milyon manata (artım 3,5%), nizamnamə kapitalı 80,005 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 2,145 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 5,3 dəfə çoxdur.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb.**
X.Nəsirzadə