Bakı Yaponiyada “Osaka, Kansai Expo 2025” beynəlxalq sərgidə iştirak edəcək. Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyi məlumat verib.
Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov “Ekspo 2025″in baş katibi Hiroyuki İşige və “Ekspo 2025” in baş komissarı Koji Haneda ilə sərgisində iştirakla bağlı müqavilə imzalayıb.
“Sərgiyə hazırlıq məqsədilə 25-26 oktyabr tarixlərində keçirilən beynəlxalq planlama görüşündə 100-dən çox ölkə iştirak edir. Görüşdə “Ekspo 2025″dəki pavilyonların qurulması, sərgilərin hazırlanması ilə bağlı məlumatlar təqdim edilir”, - məlumatda vurğulanır.
Növbəti sərgi 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda keçiriləcək. **
X.Nəsirzadə