2022-ci ilin yanvar-sentyabr aylarında “Expressbank” aktivlərini 20,2% - 422,434 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli ehtiyatlar çıxıldıqdan sonra 285,331 milyon manata (artım 9,1%), istehlak kreditləri 155,669 milyon manata (artım 12,8%), biznes kreditləri 91,006 milyon manata (artım 1,7%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 286,824 milyon manat (artım 26,1%) təşkil edir. Oktyabr ayının əvvəlinə bankın depozit portfeli 178,141 milyon manat (artım 14,1%), əhalinin əmanətləri 141,896 milyon manat (artım 19,4%) məbləğində olub.
Bankın kapitalı 135,61 milyon manat (artım 9,5%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 11 milyon 235,23 min manat (2021-ci ilin analoji dövrü ilə müqayisədə artım 38,3% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 5 hüquqi və fiziki şəxsdir.*
X.Nəsirzadə