Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanla Bakı arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.
“Sülh müqaviləsi mümkün qədər tez imzalanmalıdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Spiker sənədin 2022-ci ilin sonuna qədər imzalanması mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb: “Hesab edirəm ki, “ilin sonuna qədər” ifadəsi tərəflər arasındakı razılaşmanın nəticəsi deyil, standart son tarixdir və tərəflər sülh müqaviləsi imzalamaq istəyirlər”.*