Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzi Nəbatat Bağının abadlaşdırılması üzrə işlərə 58 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC-ni podratçı qismində cəlb edib.
Tərəflər arasında 57 milyon 999,905 min manat dəyərində müqavilə bağlanıb.*
B.Rüstəmbəyov