2022-ci ilin yanvar-sentyabr aylarında “VTB Bank (Azerbaijan)” ASC-nin aktivləri 5,6% - 219,221 milyon manata qədər artıb. Bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.
Yanvar-sentyabr aylarında bankın kredit portfeli 5,5% - 156,059 milyon manata qədər azalıb. Bankın istehlak kreditləri portfeli 67,768 milyon manat (artım 20,7%), biznes kreditləri portfeli 50,054 milyon manat təşkil edib.
“VTB Bank (Azerbaijan)” ASC-nin öhdəlikləri 141,394 milyon manat (azalma 13,6%), depozit portfeli 76,878 milyon manat, fiziki şəxslərin əmanətləri 61,057 milyon manat (artım 13,3%) təşkil edib.
9 ay ərzində bank kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 2,8 dəfə – 9,371 milyon manata qədər azaldıb.
Oktyabrın əvvəlinə bankın kapitalı 77,827 milyon manat (artım 13,2%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə “VTB Bank (Azerbaijan)” ASC-nin xalis mənfəəti 2,4 dəfə artaraq 9,57 milyon manat məbləğində olub.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
X.Nəsirzadə