Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda deyilir.
Prezident İlham Əliyev Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib.
İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.*
R.Kərimov