2022-ci ilin yanvar-sentyabr aylarında “Muğanbank”ın aktivləri 4,9% - 743,515 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2022-ci il tarixinə bankın kredit portfeli 435,582 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,6%) təşkil edib. İstehlak kreditləri 45,392 milyon manat (artım 1,5 dəfə), biznes kreditləri 278,178 milyon manat (artım 5,4%), daşınmaz əmlak kreditləri 111,998 milyon manat məbləğində (artım 4,1%) qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 649,497 milyon manata (artım 5,4%) bərabərdir. Bankda depozitlər 410,225 milyon manat (artım 3,4%), o cümlədən əhalinin əmanətləri 360,446 milyon manat (artım 28,4%) təşkil edir.
“Muğanbank”ın kapitalı 94 milyon 18,59 min manat (artım 2,2%), nizamnamə kapitalı 107,5 milyon manat (dəyişməyib) təşkil edib.
9 ay ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 703,06 min manata (artım 17%) bərabər olub.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
X.Nəsirzadə