Prezident İlham Əliyev oktyabrın 26-da bir sıra ölkələrlə imzalanmış hökumətlərarası sazişləri təsdiq edib.
Xüsusilə “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanmış Saziş təsdiq edilib.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış Saziş və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” 2022-ci il iyunun 3-də Bern şəhərində imzalanmış Saziş də təsdiq edilib.
Sərəncamların mətnləri dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov