Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüşdə iştirakını təsdiqləyib.
“Rusiya Prezidenti oktyabrın 31-də Soçidə üçtərəfli görüş keçirməyi təklif edib. Mən öz iştirakımı təsdiqlədim”, - deyə Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu formatda əvvəlki görüş 2021-ci ilin noyabr ayında keçirilib.*