“Yelo Bank” 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 1,5 dəfə - 795,605 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 580,437 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 30,1%) təşkil edir. Bankın istehlak kreditləri 146,498 milyon manata (artım 31,3%), biznes kreditləri 362,701 milyon manata (artım 40,2%) bərabərdir.
Bankın öhdəlikləri 721,969 milyon manat məbləğində (artım 1,6 dəfə) qiymətləndirilir. Bankda depozitlər 550,379 milyon manata (artım 1,6 dəfə), əhalinin əmanətləri 421,429 milyon manata (artım 38,7%) bərabərdir.
“Yelo Bank”ın kapitalı 73 milyon 635,7 min manat (artım 7,1%), nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 244,43 min manat təşkil edib. Sentyabrın 30-na bankın bölüşdürülməmiş zərəri 311 milyon manat məbləğində qiymətləndirilir.*
X.Nəsirzadə