Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümid edir.
“İlin sonuna qədər sülh müqaviləsi imzalamaq istəyirik. Bu nə dərəcədə realdır? Biz bunun real olması üçün lazım olan hər şeyi edəcəyik”, - deyə o, bu gün parlamentdə çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, İrəvan müqavilə imzalananadək sərhədlərin delimitasiyası üzrə işlərin başa çatdırılacağına ümid edir.*