Prezident İlham Əliyev Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Prezidentin digər sərəncamı ilə Rövşən Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
ADY-nin sədri postu Cavid Qurbanovun bu vəzifədən azad edildiyi 24 may 2022-ci il tarixindən vakant qalmışdı.*