Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7125 manat/1EUR səviyyəsində (oktyabrın 26-na 1.6926 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0276 manat/1RUB səviyyəsində saxlayıb.
Oktyabrın 27-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0914 manat/1TRY səviyyəsində saxlanılıb.**
X.Nəsirzadə