Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos") “Azerspace-2” peykinin bütün risklərdən sığortalanması üzrə şirkət seçib.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az saytına istinadən məlumat verir ki,
Sığortaçı “Qala Sığorta” ASC olub.
“Qala Sığorta” sığorta xidmətlərinin göstərilməsinə görə 865,3 min manat əldə edəcək.
Xəbər verildiyi kimi, peykin sığortalanması üzrə xidmətlər bir il müddətinə nəzərə tutulmalıdır.
“Azerspace-2” peykinin dəyəri $81 milyon səviyyəsində qiymətləndirilir.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. **
R.Əhmədov