“PAŞA Bank” 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 18,7% - 7 milyard 606,015 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il sentyabrın 30-na bankın kredit portfeli 2 milyard 667,872 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,8% - İF) təşkil edir. Bankın biznes kredit portfeli 2 milyard 281,964 milyon manat (azalma 0,6%), istehlak kreditləri üzrə portfeli 280,839 milyon manat məbləğində (artım 1,7 dəfə) qiymətləndirilir.
“PAŞA Bank”ın öhdəlikləri 6 milyard 984,762 milyon manata (artım 19,8%) bərabərdir. Bankda depozitlər 6 milyard 117,833 milyon manat (artım 21,6%), əhalinin əmanətləri 1 milyard 362,642 min manat (azalma 16,9%), fiziki şəxslərin əmanətləri – 4 milyard 755,191 milyon manat (artım 40,3%) məbləğində qiymətləndirilir.
Bankın kapitalı 621,253 milyon manat (artım 7,6%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” cari ilin 9 ayını 109,712 milyon manat məbləğində xalis mənfəətlə (2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 1,6 dəfə) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC – 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 10%, Mircəlala Paşayev – 5%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
X.Nəsirzadə