"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (Bakı Şəhər İcra Hakimiyyətinin törəmə şirkəti) «Cümə” məscidində bərpa-möhkəmləndirmə işlərinin davam etdirilməsi üçün «İxtisaslaşdırılmış Xüsusi Tikinti-Quraşdırma» MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyiwww.tender.gov.azsaytına istinadən məlumat verir ki, tərəflər arasında 7 milyon 909 min 732,75 manat məbləğində müvafiq müqavilə imzalanıb.
Bu, işlərin həyata keçirilməsi üçün «İxtisaslaşdırılmış Xüsusi Tikinti-Quraşdırma» MMC ilə imzalanmış ikinci müqavilədir. Birinci müqavilə 2021-ci ilin noyabr ayında imzalanıb, dəyəri 2 milyon 881 min 727,55 manatdır. **
B.Rüstəmbəyov