“Bank BTB” ASC 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 0,2% - 361,438 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il sentyabrın 30-na bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla - İF) 238,98 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,8% - İF) təşkil edib.
Bankın öhdəlikləri 312,12 milyon manata (artım 1,7%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 149,42 milyon manat (artım 1,3%) təşkil edib.
2022-ci ilin oktyabr ayının əvvəlinə “Bank BTB”nin kapitalı 49.319 milyon manata (azalma 10,4%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
Bank 9 ayı 5,714 milyon manat məbləğində zərərlə (2021-ci ilin yanvar-sentyabr aylarında xalis mənfəət 1 milyon 174 min manat təşkil edib) başa vurub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə