Oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər müzakirə olunacaq. Bu barədə cümə axşanı KTMT-dən məlumat verilib.
“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlıdır 2022-ci ilin sentyabrın 15-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistana göndərilmiş KTMT missiyasının nəticələrinin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası oktyabrın 28-də videokonfrans rejimində keçiriləcək. **