Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir və Ermənistan xalqı və rəhbərliyinin seçdiyi istənilən variantı dəstəkləyəcək. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Və biz sülh yolu ilə həlli dəstəkləyirik. Həmçinin, sərhədlərin delimitasiyası və sərhəd məsələsinin tam həllini dəstəkləyirik, biz bunun tərəfdarıyıq. Hansı variant seçmək, bu erməni xalqı və Ermənistan rəhbərliyinin məsələsidir. İstənilən halda, hansı variant seçilsə də, əgər bu sülhə gətirib çıxarsa, biz yalnız bunun «lehinə”yik”, - Putin “Valday” Beynəlxalq Forumun plenar sessiyasında deyib.
“Lakin biz heç nəyə məcbur etmək niyyətində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və etmək fikrində deyilik. Əgər erməni xalqı və Ermənistanın hazırki rəhbərliyi hesab edir ki, bu sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazımdır… Vaşinqton adlanan variantı, anladığım qədər, bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə hesab edirsə, buyursun”, - Putin vurğulayıb.
Rusiya lideri bildirib ki, RF “erməni xalqının istənilən seçimini” dəstəkləyəcək. “Əgər (…) Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa özünə məxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətləri nəzərə almaq lazımdır və bunu gələcəkdə sülh müqaviləsində bir şəkildə müzakirə etmək lazımdır, bu da mümkündür”, - Putin izah edib.
“Lakin, şübhəsiz ki, Azərbaycanla razılığa gəlmək lazımdır. Bu razılaşmaların digər tərəfi, Azərbaycan üçün də məqbul olması lazımdır. Bu, çox mürəkkəb və açıq desək, çətin məsələdir ", - RF prezidenti bildirib. **