Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə qaldırılıb.
AMB-nin məlumatında qeyd olunur ki, faiz dəhlizinin aşağı həddi 1% artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB bundan əvvəl ardıcıl olaraq 4 dəfə uçot dərəcəsini 7,75% səviyyəsində saxlamışdı.*
A.Əzizov