MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2023-cü il iyunun 2-də Bişkekdə keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məlumat verib.
“Qırğız Respublikasının təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il iyunun 2-də Bişkek şəhərində keçirilməsi qərara alınıb”, - deyə o, bu gün Astanada MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.*