Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin 10 ayı ərzində $967 milyon məbləğində xarici valyuta alıb. Bunu AMB-nin sədri Taleh Kazımov bu gün uçot dərəcəsinin artırılmasına həsr olunmuş mətbuat konfransında deyib.
“Oktyabrın 27-nə olan vəziyyətə görə, biz bazarda valyuta alışı ilə bağlı $967 milyon məbləğində əməliyyatlar aparmışıq”, - deyə o bildirib.
AMB sədri qeyd edib ki, Dövlət Neft Fondu (ARDNF) $820 milyon qənaət edib (hərraclarda təklifin tələbi üstələməsi səbəbindən – İF).
Xəbər verildiyi kimi, AMB 2021-ci ildə valyuta bazarına intervensiya çərçivəsində $245 milyon alıb (2020-ci ildə belə əməliyyatlar həyata keçirilməyib).*
X.Nəsirzadə