2022-ci ilin yanvar-sentyabr aylarında sənaye zonalarında məhsul istehsalı 2,1 milyard manatdan çox təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir “Facebook” hesabında yazıb ki, məhsul istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,5% artıb, ixrac isə 55,3% artaraq 846,1 milyon manat təşkil edib.
9 ay ərzində sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3% olub.
“İndiyədək sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub”, - deyə Cabbarov vurğulayıb.*
X.Nəsirzadə