Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılır.*
X.Nəsirzadə