Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il sentyabrın 30-na 1 milyard 807,6 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 1,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sentyabr ayında bankların xarici öhdəlikləri 121,1 milyon manat və ya 7,2% artıb.
AMB-nin məlumatına görə, sentyabrın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 7 milyard 29,4 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 21,1% çoxdur.
Sentyabrda bankların xalis xarici aktivləri 186,4 milyon manat və ya 2,1% artıb
2021-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Sentyabrın sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malik olub.*
A.Əzizov