Oktyabrın 31-də Rusiya tərəfinin təşəbbüsü ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Putinin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşü də nəzərdə tutulub.*